• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bıçaqlanan rektorun müşaviri ilə bağlı universitetdən AÇIQLAMA

CƏMİYYƏT

27 Iyul 2021 | 15:29

Bıçaqlanan rektorun müşaviri ilə bağlı universitetdən AÇIQLAMA

“27 iyul saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.  Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə  orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026