"Türkiyə Əfqanıstanda hakimiyyəti ələ alan Taliban hərəkatının bəyanatlarına ehtiyatlı nikbinliklə yanaşır. Hər şey Taliban hərəkatından asılı olacaq".
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Taliban"ın müraciətinə münasibət bildirərkən deyib.
Həmçinin o Əfqanıstanda sabitliyin təmin edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib:" Bu məqsədə çatmaq üçün Ankara Əfqanıstanda bütün tərəflərlə sıx dialoqa davam edəcək".
Eyni zamanda, Türkiyə lideri Türkiyənin 5 milyondan çox qaçqın və mühacirə qapılarını açan bir ölkə olaraq Suriya və Əfqanıstandan əlavə köç yükünün öhdəsindən gələ bilmədiyini vurğulayıb.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















