• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AzTU “Texnofest-2021”də finala keçən yeganə ali məktəbdir

CƏMİYYƏT

25 Sentyabr 2021 | 10:06

AzTU “Texnofest-2021”də finala keçən yeganə ali məktəbdir

"Azərbaycan Texniki Universitetinin (AzTU) “AsUniSer” komandası İstanbulun Atatürk Hava Limanında keçrilən “Texnofest-2021” festivalında iştirak edir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova bildirib.

"Komanda üzvləri Ceyhun Xəlilov və Ruslan Hacıömərov festivala “Texnofest”in Çevrə və Enerji Texnalogiyaları bölümündən invertorlu (hibrid) elektrik tənzimləyicisi ilə qatılıblar. 

Qeyd edək ki, AzTU festivalın final mərhələsinə keçən yeganə universitetdir. Belə ki, Azərbaycandan başqa heç bir iştirakçı ölkənin ali məktəb təmsilçisi “Texnofest-2021”in finalında iştirak hüququ qazana bilməyib" - deyə mətbuat katibi qeyd edib. 

Sevinc İsgəndərova bildirib ki, 2018-ci ildən təşkil olunan “Texnofest” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərdən hesab olunur: "Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin diqqətini qeyd olunan sahələrə yönəltmək və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026