Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktorunun vəzifədən azad olunması ilə bağlı TƏBİB açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reportun sorğusuna cavab olaraq bildirilib ki, xəstəxananın direktoru Məmmədtağı Əhmədov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 18 mart 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib.
18:47
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.
Bakıvaxtı.az Reporta istinadla xəbər verir ki, direktor Məmmədtağı Əhmədov müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq işdən çıxarılıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, M.Əhmədov sözügedən vəzifəyə 2021-ci ilin iyun ayında təyinat almışdı.