• Bakı 15° C

    13.2 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bir il əvvəl yoxa çıxan modelin meyiti TAPILDI

MƏDƏNİYYƏT-ŞOU

24 Aprel 2024 | 19:40

Bir il əvvəl yoxa çıxan modelin meyiti TAPILDI

Taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ilin aprelindən axtarılan Kaykanın cəsədi ayağındakı döymə sayəsində tanınıb.

Modellik karyerasını bitirdikdən sonra ailəsinə maddi dəstək vermək üçün Taylanda köçən və restoranda işə başlayan Kaikan Kaennakam 1 il əvvəl yoxa çıxıb. 

Ailəsi aylarla onu axtarıb. Onlar Bəhreyndəki Tailand icmasına müraciət edərək kömək istəyiblər.

Lakin aprelin 18-də Tailand səfirliyi Kaikanın ailəsinə Salmaniya Tibb Kompleksinin morqunda qadın meyitinin tapılması barədə məlumat verib.

Ailə üzvləri modelin ayağındakı döymə sayəsində cəsədini tanıya bilib./milli.az


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024