• Bakı 16° C

    4.04 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Pünhan toya NEÇƏYƏ GEDİR?

MƏDƏNİYYƏT

24 May 2024 | 11:19

Pünhan toya NEÇƏYƏ GEDİR?

“Hər şey göz qabağındadır. Neçə illərdir ki, oxuyuram, əziyyət çəkmişəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Pünhan Priyev “Gül kimi şou” verilişində deyib.

İfaçı toy qiymətini açıqlamaqdan da çəkinməyib:

“İnsanlar toylarında məni görmək istəyirlər. Mən toyu coşdururam. Mən canlı nəğmələr oxuyuram. Bir mahnını ki oxuyanda ona ürək qoyursan, o mahnı tutur, yaxşı alınır. Mənim toy qiymətim stabildir. İnsanları nəzərə almaq lazımdır. Mən demirəm ki, 10 minə-15 minə gedirəm. Bir az aşağı gedirəm. Yarım saatlıq toylara çox getmirəm. İndi əsasən tam toyları oxuyuram".

Pünhan onu tənqid edənləri də cavabsız qoymayıb:

“Müğənnilər var ki, gəncdilər, nəsə etmək istəyirlər. Birdən birə olmur. Zaman lazımdır. Mən kənddə necə olmuşamsa, indi də eləyəm. Məşhurluq məni dəyişmədi. Yazırlar ki, “bu niyə belə danışır?” Mən kənd ab-havasında böyümüşəm, bundan asılıdır. Mən heç vaxt dəyişməyəcəyəm. Nə olur olsun”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026