“Toyuma gəlməyənlər nəmər göndərdilər”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Talıb Tale “Rəngarəng səhər” verilişində deyib.
İfaçı toyuna sənət dostlarının bir çoxunu dəvət etməməyinin səbəbini də açıqlayıb:
“Mənim dost-tanışım çoxdur. Özüm istəmədim çox adam olsun. Qohumlarım da çoxdur deyə, hətta toyda yerləşmə problemi də oldu. Həm də salamlaşdığım hər kəsi çağırmaq istəmədim, ərk edə bilmədim”.
Qeyd edək ki, Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı qurub.
Ziyafət Əlisoy









jpg-1721379486.webp)






