• Bakı 29° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

“TikTok”dan gələn pula ehtiyacım yoxdur” - Pərvin Abıyeva

MƏDƏNİYYƏT-ŞOU

24 May 2024 | 09:42

“TikTok”dan gələn pula ehtiyacım yoxdur” - Pərvin Abıyeva

“Mən canlı açmağı sevən adamam. İstəyirəm ki, insanlarla ünsiyyətdə olum, sual-cavab edim. Səmimi adamam”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Rəngarəng səhər” verilişində deyib.

O, “TikTok”dan qazandığı pullara ehtiyacının olmadığını bildirib:

“Mənə dedilər ki, “niyə canlıları “Instagram”da açırsan, “TikTok”da aç da. Eyni şeydir. Həm də orada hədiyyələr də olur”. Kim istəməz ki, oturduğu yerdən pul qazansın? Amma mənim oradan gələn pula ehtiyacım yoxdur. Mən heç vaxt oradan gələn pulu özümə xərcləməmişəm. Bunu hamı bilir. Allah da buna şahiddir, çox adam da bilir. “TokTok”dakı canlılar nə etsən də saytlara çıxmır, “Instagram”a çıxmır. Amma “Instagram”da açdığın hər bir canlı bütün saytlarda olur”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

16 Iyun 2024