• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ərdoğan NATO-nun yeni baş katibi ilə danışdı

SİYASƏT

26 Iyun 2024 | 14:45

Ərdoğan NATO-nun yeni baş katibi ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun yeni baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Bakıvaxt.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, R.T.Ərdoğan yeni təyinatı münasibətilə M.Rutteni təbrik edib.

Xatırladaq ki, M.Ruttenin Alyansın yeni baş katibi postuna təyinatı təsdiqlənib. O, bu vəzifədə Yens Stoltenberqi əvəz edib.

Qeyd edək ki, adıçəkilən siyasətçi indiyədək Niderlandın baş naziri vəzifəsini icra edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026