• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Culian Assanca ABŞ-a qayıtmaq qadağan olundu

DÜNYA

26 Iyun 2024 | 11:09

Culian Assanca ABŞ-a qayıtmaq qadağan olundu

Amerika hakimiyyəti WikiLeaks saytının qurucusu Culian Assanca xüsusi icazə olmadan ABŞ-a qayıtmağı qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Hökm çıxarıldıqdan sonra o, ABŞ-dan vətəni Avstraliyaya uçacaq. İddia müqaviləsinə əsasən, Assanca icazəsiz ABŞ-a qayıtmaq qadağandır”, - sənəddə deyilir.

Ədliyyə Nazirliyi açıqlamasında bildirib ki, Assancın təqsirini qismən etiraf etməsi ABŞ-da onun işi üzrə məhkəmə prosesinin sona çatdığını göstərir.

Sənəddən göründüyü kimi, Assanc “milli təhlükəsizliyə aid məxfi sənədləri qanunsuz əldə etmək və açıqlamaq”da günahkar olduğunu etiraf edib. O, bu məlumatları daha sonra WikiLeaks-in köməyi ilə ayayıb.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir: “Bu təqsirli etiraf 2018-ci ilin martında Assanca ilk dəfə Virciniya ştatının Şərq dairəsində ittiham olunduğu zaman açılmış cinayət işini yekunlaşdırır”.

Culian Assanc tərəfindən qurulan “WikiLeaks” saytı fəaliyyətini davam etdirəcək.

Bunu onun vəkili deyib.

Xatırladaq ki, WikiLeaks saytının qurucusu, avstraliyalı Culian Assanc böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və casus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşıb. O, bir neçə il idi ki, həbsdə saxlanılırdı.


SON XƏBƏRLƏR

28 Iyun 2024