• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Riki Martin Bakıya gəlir

MƏDƏNİYYƏT

26 Iyun 2024 | 12:35

Riki Martin Bakıya gəlir

Dünyaca məşhur superulduz Riki Martin ilk dəfə Bakıya gəlir.

Bakıvaxtı.az “Qafqazinfo”nun məlumatına görə, musiqi dünyasınının əfsanəvi sənətçilərindən olan Riki 2 avqustda “Sea Breeze”də tamaşaçıların qarşısına çıxacaq.

Sevimli sənətçi pərəstişkarlarına qovuşmaq və Bakıda möhtəşəm Sea Breeze-də ən böyük hitlərini səsləndirmək üçün

O, ölkəmizə 43 nəfərlik heyətlə səfər edəcək.

Qeyd edək ki, Riki Martin dünyada satılan 95 milyondan çox albomu və iki Qremmi, dörd Latın Qremmi və çoxsaylı “Billboard” mükafatları daxil olmaqla saysız ödül kolleksiyası ilə əsl musiqi simvoludur. O, hətta Latın Səsyazma Akademiyası tərəfindən ən gənc “İlin Adamı” seçilib.

O, eyni zamanda FX-in “Cianni Versacenin sui-qəsdi: Amerika cinayət hekayəsi” filmindəki roluna görə Emmi mükafatı qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026