• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident: İtaliya ilə ticarət dövriyyəsi 15 milyard dolları ötüb

SİYASƏT

26 Iyun 2024 | 13:54

Prezident: İtaliya ilə ticarət dövriyyəsi 15 milyard dolları ötüb

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 15 milyard dolları ötüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İtaliya bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir.

O vurğulayıb ki, Avropa məkanında Azərbaycanın ticarət əlaqələrinin böyük hissəsi İtaliyanın payına düşür.

Dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026