• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Parlament seçkiləri: Keçmiş məcburi köçkünlər harada səs verəcəklər?

SİYASƏT

26 Iyul 2024 | 11:20

Parlament seçkiləri: Keçmiş məcburi köçkünlər harada səs verəcəklər?

Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Bakıvaxtı.az xatırladır ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Son 30 ildə ilk dəfə Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində səsvermə olacaq. Bəs azad edilmiş ərazilərdə seçki prosesi necə təşkil olunacaq? Keçmiş məcburi köçkünlər harada səs verəcəklər?

Bu barədə Bakıvaxtı.az-a danışan Mərkəzi Seçki Komissiyasının Mətbuat Katibi Şahin Əsədli qeyd edib ki, bu ilin fevralında keçirilən prezident seçkilərində işğaldan azad olunmuş ərazilərimizdə 26 daimi seçki məntəqəsi yaradılmış və həmin ərazilərdə məskunlaşan vətəndaşlarımız səsvermə hüquqlarını işğaldan azad edilmiş ərazilərdə yaradılan seçki məntəqələrində təmin etmək imkanı qazanıb.

Ş.Əsədli bildirib ki, qarşıdan gələn Milli Məclis seçkiləri ilə əlaqədar işğaldan azad olunmuş ərazilərimizdə 8 yeni məntəqə yaradılmaqla daimi seçki məntəqələrinin sayı 34-ə çatdırılıb:

“Həmin məntəqələrin yüksək səviyyədə təchizatı və hər bir imkan yaradılmaq baxımından ölkənin digər seçki məntəqələrinə nümunə ola biləcək səviyyədədir”.

Müsahibimiz nəzərə çatdırıb ki, orada məskunlaşan, “Böyük Qayıdış” proqramı əsasında həmin ərazilərə köçürülən sakinlər, tikinti-quruculuq, abadlıq, yenidən qurma işlərinə cəlb olunan vətəndaşlarımız da həmin ərazilərdə yerləşən seçki məntəqələrində səs vermə hüququnu azad şəkildə həyata keçirə biləcəklər:

“Hələ köçürülməmiş sakinlər isə əvvəl harada qeydiyyatda olub səs verirdilərsə, həmin qaydada səslərini verəcəklər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Sentyabr 2024