• Bakı 17° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Ceyhun Bayramov Gürcüstana səfər edəcək

SİYASƏT

26 Iyun 2024 | 14:32

Ceyhun Bayramov Gürcüstana səfər edəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sabah Gürcüstana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, iyunun 27-də baş tutacaq rəsmi səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu ölkənin Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, xarici işlər naziri İliya Darçiaşvili ilə görüşləri nəzərdə tutulub.

    Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər nazirlərinin görüşündə ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan mühüm məsələlər və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdən sonra mətbuata açıqlamalar veriləcək.


    SON XƏBƏRLƏR

    28 Sentyabr 2024