• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Pərvizin səbir kasası daşdı: “Əcəb edib muğam oxuyuram”

MƏDƏNİYYƏT

25 Iyun 2024 | 12:58

Pərvizin səbir kasası daşdı: “Əcəb edib muğam oxuyuram”

“Muğam oxumaq üçün xanəndə olmaq lazımdır? Əcəb edib oxuyuram”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Pərviz Bülbülə “Maqazin plus” verilişinə müsahibəsində deyib.

Meyxana ustadı bir neçə həftə öncə oxuduğu muğama görə onu tənqid edənləri də cavabsız qoymayıb:

“Ürəyim istədi, oxudum. Bu müqəddəs ayə deyil, surə deyil ki, ona müdaxilə edəm. Oxuyuram da, nə var burada? Xoşuma gəlir, oxuyuram. Guya bütün muğam oxuyanlar başlayan kimi mikrofonu götürüb nəsə ediblər?”

Pərviz meyxana deyən sənətçilərdən də söz salıb:

“Sabah hansısa muğam ifaçısı bir bənd meyxana desə, mən onu tənqid edəcəm? Deyir də, əcəb edir. Ürəyi istəyir, deyir. Səsini çıxarmaq üçün diplomun olmalıdır? Nə bilim, rəhmətliklərin yadigarı olmalısan? Bu nə deməkdir? Nə bazardır bu? Bu, nə məntiqdir bizim sferada? Aktyorundan tutmuş hər kəs meyxananı necə gəldi deyir. Meyxanaçılar onlara nəsə deyir? Elə də, özümüzük. Başqa millətin nümayəndəsi gəlib muğamı ələ salsa, nəsə deyərlər. Mənə heç kim heç nə deyə bilməz”.

“Əcəb edib oxuyuram. Əgər keçən dəfə səhv oxumuşdumsa, bu dəfə lap səhv oxuyacağam. Kimə nə aidiyyatı var? Mən onu xanəndə kimi oxumuram, sadəcə zümzümə edirəm. Biri evdə iş görəndə oxuyur, indi onu daşlayaq ki, oxuma? Ya ana uşağına layla çalanda deyək ki, sənin təhsilin yoxdur, oxuya bilməzsən?”, - deyə meyxanaçı əlavə edib.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

28 Sentyabr 2024