• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Biz kiməsə nəyisə qadağa edə bilmərik, lakin mən bu ənənənin tərəfdarıyam – Hacı Şahindən açıqlama

CƏMİYYƏT

09 Iyul 2021 | 16:02

Biz kiməsə nəyisə qadağa edə bilmərik, lakin mən bu ənənənin tərəfdarıyam – Hacı Şahindən açıqlama

İyulun 1-dən etibarən ölkə ərazisində xüsusi karantin qaydaları çərçivəsində toy mərasimlərinin keçirilməsinə icazə verilib. İki ildir ki, bu anı gözləyən cütlüklər vaxt itirmədən yay aylarında toy mərasimlərini keçirmək istəyirlər. Məhərrəmlik ayına az qalmasına baxmayaraq, yenidən karantin olması ehtimalını düşünərək bəzi insanlar toy etmək istəyir. Ancaq əsrlərdir qoruyub saxladığımız bir ənənə var ki, məhərrəmlik ayında toy mərasimləri keçirilmir. Bəs doğrudanmı məhərrəmlik ayında toy etmək olmaz?

Mövzu ilə bağlı Bakıvaxtı.az saytına açıqlama verən din xadimi Hacı Şahin Həsənli bu ənənənin Kərbəla şəhidlərinə hörmət əlaməti olduğunu bildirib:

“Peyğəmbərimizin nəvəsi İmam Hüseyn məhərrəmlik ayında şəhid olub. İmam Hüseyn bütün islam milləti üçün əziz şəxsiyyətdir. Bilirsiniz ki, Kərbəla hadisəsi baş verib və İmam Hüseyn bütün tərəfdarları ilə qətlə yetirilib. Həmin dövrdən sonra bu hadisə islam dünyasında həm faciə, həm də bir qəhramanlıq səlnaməsi kimi qeyd olunub. Azərbaycanda da insanlar əsrlər boyu məhərrəm ayında Kərbəla şəhidlərinə hörmət olaraq toy etməyiblər. Düşünürəm ki, bu, müsbət bir ənənə, dəyərli insanlara sayğının ifadəsidir. Ona görə də, bu ənənənin yaşamağı yaxşıdır. Yəni bu, dinimizə uyğun göstəricidir. Peyğəmbərimizdən də bu mövzuda hədislər var ki, həmin günlər şadlıq mərasimləri keçirməyin. Çünki bu islam tarixində ən faciəli hadisələrdən biridir. Bunu bəzən halal-haramdır deyə qayda kimi təqdim edirlər, ancaq, məncə bu, halal-haram müstəvisindən daha yüksək dayanan mənəvi mövzudur. İnsanlar özlərinə mənəvi borc bilib Kərbəla şəhidlərinin və İmam Hüseynin xatirəsini əziz saxlamaq üçün həmin ayda toy mərasimləri keçirməkdən çəkinirlər.”

Həmçinin o, ənənənin qorunub saxlanılmasının daha yaxşı olduğunu vurğulayıb:

“İnsanlar seçimlərində azaddırlar. Ümumiyyətlə, Azərbaycanda məhərrəmlik ayında toy mərasimləri nadir hallarda keçirilib. Hətta bu günlərdə də şadlıq evlərində keçirilən sorğuya baxdım, toy sifarişləri çox azdır. Əlbəttə biz kiməsə nəyisə qadağa edə bilmərik, insanların könüllü seçimidir. Amma hər bir halda bu ənənə müsbət bir ənənənədir, qorunub saxlanılması daha yaxşı olar.”

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026