BMT Sudanda davam edən münaqişəni “qəddar və qeyri-insani” adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatda Faşir şəhərində qüvvələrin dinc əhaliyə qarşı kütləvi qətllər və işgəncələr törətdiyi bildirilib.
BMT-nin İnsan Haqları üzrə Komissarı Volker Türk və Afrika İttifaqının nümayəndəsi Adama Dienq isə hadisələri humanitar fəlakət kimi qiymətləndirib.
Xatırladaq ki, 2023-cü ildən davam edən toqquşmalarda 14 milyondan çox insan məcburi köçkün olub, 40 mindən çox insan həyatını itirib.
Əli Hüseynov
Bakı 


