• Bakı 14° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

BMT: Yəməndə 16 milyon insan acdır

DÜNYA

01 Mart 2021 | 18:17

BMT: Yəməndə 16 milyon insan acdır

Bakivaxti.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin humanitar agentliyi bu il Yəməndə 16 milyondan çox insanın ac qalacağını və müharibə şəraitində olan ölkədə təxminən yarım milyon insanın aclıq ərəfəsində yaşadığı ilə bağlı xəbərdarlıq etdi. 

Xəbərdarlıq İsveç və İsveçrənin ödənişlərlə bağlı elanından bir gün qabaq verilib. BMT-nin baş katibi Antonio Quterres bu il Yəmənə 3,85 milyard dollar yardımın olunması ilə bağlı müraciət edəcək.

Xatırladaq ki, 2015-ci ilin martında Səudiyyə Ərəbistanı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə Yəmənə qarşı geniş miqyaslı əməliyyata başlayaraq ölkəni blokada da saxlayıb. Bu, on minlərlə Yəmənlinin yaralanmasına, 17 mindən çox insanın ölümünə,  milyonlarla insanın evsiz qalmasına, ciddi qida və dərman çatışmazlığına səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026