• Bakı 10° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Bölgələrə təyinat alan həkimlər üçün stimullaşdırıcı tədbirlər gücləndirilməlidir

CƏMİYYƏT

29 Aprel 2025 | 12:07

Bölgələrə təyinat alan həkimlər üçün stimullaşdırıcı tədbirlər gücləndirilməlidir

“Nazirlər Kabinetinin 330 nömrəli qərarı var. Rezidenturanı dövlət sifarişi əsasında təhsil alıb bitirən məzunlar dövlət müəssisələrində 3 il işləmək üçün göndərilir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.

    O bildirib ki, bununla bağlı mülki əmək müqaviləsi bağlayır: “Rezidentura məzunlarının hamısına təyinat verilir. Burada bir qədər problemlərlə qarşılaşırıq. Həkim-mütəxəssislər bəzən təyinat yerlərinə getmir, bəziləri isə gedəndən sonra orada uzun müddət qalıb işləmir. Vakansiyalar isə, əsasən, bölgələrdədir. Burada çətinliklərlə qarşılaşırıq. Nazirlər Kabinetinin qərarında stimullaşdırıcı tədbirlər olsa da, bu qərara dəyişiklik, stimullaşdırıcı tədbirlərin gücləndirilməsi məsələsinə baxılmalıdır”.


    SON XƏBƏRLƏR