• Bakı 22° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR!

CƏMİYYƏT

29 May 2025 | 11:00

Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR!

Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi "Map AYNA" sistemi yenilənib və funksionallığı artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.

İctimai nəqliyyat barədə rəqəmsal informasiya "ayna.gov.az" internet resursunda "Avtobus marşrut xətləri" başlığı altında yayımlanır. Hazırda qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Belə ki, sərnişinlər dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görürlər.

Bununla yanaşı, sərnişinlər platformada yer alan "Rəy bildirin" funksiyasından istifadə etməklə marşrut xətti barədə təkliflərini və şikayətlərini də qeyd edə bilərlər.


SON XƏBƏRLƏR

30 May 2025