• Bakı 24° C

    7 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Britaniya rusiyalı generallara sanksiya tətbiq etdi

DÜNYA

07 Iyul 2025 | 22:35

Britaniya rusiyalı generallara sanksiya tətbiq etdi

Böyük Britaniya Ukraynadakı münaqişə ilə əlaqədar olaraq, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi general-mayor Aleksey Rtişşevə və onun müavini general-mayor Andrey Marçenkoya qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, məhdudiyyətlərə Böyük Britaniyaya giriş qadağası və aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.

Bundan əlavə, Ukrayna münaqişəsinə görə Rusiyanın Kimya Elmi-Tədqiqat İnstitutu da sanksiyalar siyahısına əlavə edilib.


SON XƏBƏRLƏR

07 Iyul 2025