• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

ABŞ Rusiya neftinin digər ölkələr tərəfindən idxalına nəzarət edəcək

DÜNYA

06 Avqust 2025 | 20:04

ABŞ Rusiya neftinin digər ölkələr tərəfindən idxalına nəzarət edəcək

ABŞ Rusiya neftinin ölkələr tərəfindən idxalına nəzarət edəcək və onlara qarşı tədbirlər görəcəyini istisna etmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilən ABŞ lideri Donald Trampın müvafiq sərəncamında deyilir.

ABŞ Prezidentinin sərəncamına əsasına, Ticarət Nazirliyi Dövlət Departamenti, Maliyyə Nazirliyi və digər strukturların yüksək vəzifəli şəxsləri ilə birlikdə Rusiya Federasiyasından birbaşa və ya dolayı yolla neft idxal edən ölkələrə nəzarət edəcək.

Bu məlumatların təhlili əsasında prezident üçün əlavə tariflərin və ya sanksiyaların tətbiqi də daxil olmaqla, mümkün gələcək təsir tədbirləri ilə bağlı tövsiyələri əks etdirən hesabat hazırlanacaq.

Daha əvvəl ABŞ-nin Hindistanı Rusiya neftini idxal etməkdə ittiham edərək bu ölkədən idxal olunan mallara əlavə 25 % rüsum tətbiq etdiyi bildirilmişdi./REPORT


SON XƏBƏRLƏR

06 Avqust 2025