• Bakı 22° C

    7.94 m/s

Bu il ən böyük super ayı nə vaxt gözlənilir?

CƏMİYYƏT

27 Avqust 2024 | 20:31 | Müəllif: Subhan Mahmudov

Bu il ən böyük super ayı nə vaxt gözlənilir?

Bu ilin ən böyük super ayı oktyabrın 17-də müşahidə olunacaq. 

Bakıvaxtı.az xəbər verir ki, həmin gün Ay Yerdən minimum məsafədə olmaqla tam fazasına çatacaq.

Məlumata görə, oktyabrın 17-də Bakı vaxtı ilə saat 04:47-də Ay Yerə 357 172 kilometr yaxınlaşacaq ki, bu da 2024-cü ildə ən yaxın məsafədir. Tam ay mərhələsi Bakı vaxtı ilə saat 15:28-də başlayacaq.

Bundan bir ay əvvəl, sentyabrın 18-də, 2024-cü ilin ikinci ən böyük tam ayı səmada görünəcək, baxmayaraq ki, bu gün Ay oktyabr superayı ilə müqayisədə Yerdən daha uzaqda olacaq.

Super Ay tam Ay öz orbitinin perigeyində, yəni Yerdən minimum məsafədə olduqda baş verir. Bu nöqtədə Ay, apogey adlanan orbitinin ən uzaq nöqtəsində olduğu vaxtdan 14 faiz daha böyük görünür.

Əvvəlki super Ay avqustun 19-da müşahidə edilib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026