• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu il iqtisadiyyat üçün bir nömrəli risk GEOSİYASƏT OLACAQ

DÜNYA

07 Yanvar 2024 | 15:27 | Müəllif: Qalib İbrahimoğlu

Bu il iqtisadiyyat üçün bir nömrəli risk GEOSİYASƏT OLACAQ

Bu il iqtisadiyyat üçün bir nömrəli risk geosiyasət olacaq.

Bakıvaxtı.az Fransanın “Le Monde” qəzetinə istinadən xəbər verir ki, bu barədə fransız müəlliflər Mari Şarel və Beatris Madelinin təhlilində qeyd olunub.

Məqalədə diqqətə çatdırılır ki, bu il iqtisadiyyat üçün bir nömrəli risk geosiyasət olacaq: “Rusiyanın Ukraynada başçılıq etdiyi müharibənin nəticələri, İsraillə HƏMAS arasında münaqişənin uzanması, Qırmızı dənizdəki problemlərin davam edib-etməməsi iqtisadi tənliklərdə ağırlıq yaradacaq”.

Müəlliflər bu il dünyanın aparıcı ölkələrində keçirləcək seçkilərin də dünya iqtisadiyyatı üçün müəyyən risklər yaradacığını idda ediblər: “Bura təqvimə nöqtə qoyacaq böyük seçkilər seriyasını da əlavə etmək lazımdır. Gələn il qlobal ÜDM-in 60 faizi seçkilərin təsirinə məruz qalacaq və heç bir bölgə bundan xilas olmayacaq”.

Avropada iyunda keçiriləcək seçkiləri, Hindistan və Böyük Britaniyadakı qanunvericilik seçkilərini də nəzərə almalı olacağıq: “Ancaq hər şeydən əvvəl, iki prezident seçkisi dünyanın qalan hissəsi üçün həlledici nəticələrə səbəb ola bilər: yanvarda Tayvanda, sonra noyabrda ABŞ-da ali seçkilər. Bu siyasi qeyri-müəyyənliklər “ev təsərrüfatları »nı və biznesləri bir il risklə gözləmə mövqeyinə gətirə bilər".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026