Qazaxıstanın yeni hökumətinə prezident administrasiyasının keçmiş rəhbəri Oljas Bektenov başçılıq edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Bu gün hakim Amanat partiyası onun namizədliyini prezident Kasım-Jomart Tokayevə təqdim edib.
Dövlət başçısı Bektenovun namizədliyini parlamentin digər partiya fraksiyaları ilə müzakirə edib.
Plenar iclasdan sonra Prezident bununla bağlı sərəncam imzalayıb.
Bektenovun namizədliyinin lehinə 69 deputat səs verib, 7 deputat bitərəf qalıb.
...
11:49
Amanat partiyası Qazaxıstanın Baş naziri postuna Prezident Administrasiyasının rəhbəri Oljas Bektenovun namizədliyini irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib.
Bektenovun namizədliyini hakim partiya adından partiyanın sədri Erlan Koşanov irəli sürüb.
Qeyd olunur ki, mövcud qanunvericiliyə uyğun olaraq, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev təklif olunan namizədliyi parlamentdəki partiya fraksiyalarının rəhbərləri ilə müzakirə edəcək.
Günəş Mərd
















