• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Ukrayna tank məzarlığına çevrilib - “The National Interest”

DÜNYA

07 Mart 2024 | 10:32

Ukrayna tank məzarlığına çevrilib - “The National Interest”

Ukrayna Qərb tanklarının məzarlığına çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The National Interest” nəşrinin dərc etdiyi məqalədə deyilir.

    Nəşrin sözlərinə görə, ABŞ istehsalı olan “Abrams” tankları da digər hərbi texnika kimi döyüş meydanında məhv edilir və bir həftədən az müddət ərzində Rusiya Silahlı Qüvvələri 3 ədəd belə tankı məhv edib.

    Həmçinin qeyd edilib ki, bir sıra hərbi ekspertlərin də rəyinə əsasən, 31 ədəd “Abrams” tankının Ukrayna ordusuna tədarük edilməsi döyüş meydanında vəziyyəti dəyişməyəcək. Həmin tanklar Britaniyanın “Challenger 2” və Almaniyanın “Leopard 2” tankları kimi döyüş meydanındakı dinamikanı Ukrayna ordusunun xeyrinə dəyişməyə kömək etməyəcək.

    Həmin tankların hamısı bir-birindən fərqlənir ki, bu da Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin döyüş hazırlığını çətinləşdirir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Noyabr 2026