• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şahzadənin ailəsi çətin vəziyyətdədir

DÜNYA

06 Aprel 2024 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

Şahzadənin ailəsi çətin vəziyyətdədir

Bu yaxınlarda xərçəng xəstəliyinə tutulduğunu açıqlayan Uels şahzadəsi Keyt Middltonun valideynləri çətin vəziyyətdədir.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumatya görə, yanvar ayında keçirdiyi qarın əməliyyatından sonra görünməyən və onun yoxluğu ilə bağlı çoxlu fərziyyələr səslənən Uels şahzadəsi Uilyamın həyat yoldaşı Uels şahzadəsi Keyt Middleton ötən həftələrdə ortaya çıxıb.
Video-açıqlama verən Keyt xərçəng xəstəliyinə tutulduğunu bildirib:

"Mənə çox yaxşı baxan gözəl həkim heyətim var idi və buna görə çox minnətdaram. Əməliyyatdan sonra aparılan analizlər xərçəngin olduğunu müəyyən etdi.Ona görə də həkim komandam mənə kimyaterapiya verdi. Hazırda bu müalicənin ilkin mərhələsindəyəm. William və mən bunu gizli saxlamaq, ailəmiz naminə əlimizdən gələni edirik. Bu zaman mən də həyatı xərçəngdən təsirlənən bütün insanları düşünürəm. Heç kəs, inamını və ümidini itirməsin. Siz tək deyilsiniz”.

Bu arada, İngiltərənin The Times qəzeti şahzadənin ana və atasının The Party Pieces Company adlı şirkətlərinə görə 300 min dollardan çox borcu olduğu və bu pulu ödəməkdə çətinlik çəkdiyini yazıb.

Us Weekly-ə danışan ailəyə yaxın mənbə Carolenin ümidsiz şəkildə Keytin tam sağalmasına diqqət yetirməyə və mövzudan uzaq durmağa çalışdığını bildirib.

Ailə hazırda gərgin günlər keçirir və Carole qızını bu vəziyyətdən qorumaq üçün əlindən gələni edir. Onların şirkəti müflis olub, bu, ailəyə sarsıdıcı zərbədir. Lakin Carole hazırda ən çox Keytin rifahından narahatdır.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026