• Bakı 20° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Finlandiya təcili trotil zavodu tikmək istəyir

DÜNYA

05 May 2024 | 22:30

Finlandiya təcili trotil zavodu tikmək istəyir

Finlandiya təcili olaraq trotil istehsal edən zavod tikmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Ölkənin müdafiə naziri Antti Həkkənen bu qərarını Avropada qıt olan partlayıcı maddələrin istehsalının artırılması zərurəti ilə izah edərək, yeganə belə zavodun Polşada olduğunu qeyd edib. O, bu məsələdə Fin sənayesinin rolunu nəzərə almağa çağırıb. O bildirib ki, tələb səviyyəsi istehsalı üstələyir.

Nazirin sözlərinə görə, Finlandiya müttəfiqlərini zavodun tikintisi ilə bağlı qərarın tezliklə qəbul edilməsinin zəruriliyi barədə məlumatlandırıb. O, fikrini Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə əsaslandırıb.


SON XƏBƏRLƏR

20 Sentyabr 2024