• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Seneqalda yeni hökumət formalaşıb

DÜNYA

06 Aprel 2024 | 08:35 | Müəllif: Qalib İbrahimoğlu

Seneqalda yeni hökumət formalaşıb

Seneqalda 25 nazir və 5 dövlət katibinin daxil olduğu yeni hökumət formalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Seneqal Mətbuat Agentliyi məlumat yayıb.

İnteqrasiya və xarici işlər naziri vəzifəsini hökumətdəki 4 qadından biri olan Yasin Fal tutub. General Biram Diop müdafiə naziri, Jan-Batist Tin daxili işlər naziri, Usman Dian isə ədliyyə naziri olub.

İqtisadiyyat, planlaşdırma və əməkdaşlıq naziri vəzifəsinə Əbdürrəhman Sarr, balıqçılıq, dənizçilik və liman infrastrukturu naziri vəzifəsinə Fatu Diuf, energetika, neft və mədən sənayesi naziri vəzifəsinə Biram Suley Diop təyin olunub.

Aprelin 2-də Seneqal Prezidenti Bassiru Diomaye Faye Baş nazir vəzifəsinə Usmane Sonkonu təyin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR