Orenburq vilayətində daşqınlar nəticəsində 2556 evi su basıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidmətinə istinadən yazır.
Aktiv qar əriməsi və sel sularının tökülməsi nəticəsində çayların səviyyəsinin qalxması nəticəsində 102 qəsəbə və 29 bələdiyyənin ərazisində 2556 yaşayış binası və 6886 təsərrüfat sahəsini su basdığı bildirilir.
Səlahiyyətlilər əlavə edib ki, bu günə kimi xilasedicilər daşqın zonasından 1019-u uşaq olmaqla 4208 nəfəri təxliyə edib.
Hazırda müvəqqəti məskunlaşma mərkəzlərində 427 vətəndaş, o cümlədən 132 azyaşlı var.
Qeyd edək ki, Aprelin 4-də Orenburq vilayətinin hakimiyyəti bölgədə fövqəladə vəziyyət tətbiq edib.
Mina Mikayılova
















