• Bakı 17° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İtkin düşmüş turistlərin meyitləri quyunun dibindən tapıldı

DÜNYA

06 May 2024 | 09:21

İtkin düşmüş turistlərin meyitləri quyunun dibindən tapıldı

Meksikanın Aşağı Kaliforniya ştatında quyunun dibində tapılan meyitlər ABŞ və Avstraliyadan itkin düşmüş turistlərə məxsusdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regionun qubernatoru Marina del Pilar sosial şəbəkədə bildirib.

“Aşağı Kaliforniya Baş Prokurorluğu bildirir ki, itkin düşən əcnəbi vətəndaşların ailələri Ensenada şəhərinin cənubunda tapılan qurbanların şəxsiyyətini təsdiqləyib”, – ştatın başçısı yazıb.

Eyni zamanda, qubernator əlavə edib ki, “Aşağı Kaliforniya ölkənin hər yerindən və dünyanın hər yerindən gələn minlərlə insan üçün təhlükəsiz turizmi olan bir ştatdır və elə də qalacaq”.

Yerli media prokurora istinadən xəbər verir ki, əcnəbi turistlər çadır şəhərciyində olub, avtomobillərini oğurlamaq istəyən quldurların hücumuna məruz qalıblar. Sörfçülər müqavimət göstərib, bundan sonra hücum edən şəxslər silahlarını çıxararaq atəş açıblar. “Oğurluğun nəzarətdən çıxdığını görən onlar cəsədləri quyuya ataraq məhv etməyə çalışıblar”, – dövlət ittihamçısı Maria Elena Andrade vurğulayıb.

Hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən üç nəfəri saxlayıb.


SON XƏBƏRLƏR

18 May 2024