• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Arvadıyla dalaşdı, evini yandırdı

DÜNYA

05 Iyun 2024 | 08:22 | Müəllif: Qalib İbrahimoğlu

Arvadıyla dalaşdı, evini yandırdı

Türkiyədə hamını şoka salan hadisə baş verib.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki. olay Aksarayda yaşanıb. Belə ki, həyat yoldaşı ilə mübahisə edən şəxs evini yandırıb.

Hadisə gecə yarısı Aratol Bağçalı məhəlləsi, 9331 küçəsi, Aratol Parkı saytı, B blokunun 3-cü mərtəbəsində baş verib. Əldə edilən məlumata görə, əri ilə mübahisə edib atası evinə gedən qadın bir müddət sonra evinə dönüb.

Ər-arvad arasında yenidən nmübahisə düşüb və C.A həyat yoldaşını mənzildən qovub. Daha spnta Təcili Zəng Mərkəzinə zəng edərək, evini yandıracağını deyərək, pərdələri yandırıb.

Qısa müddətdə hadisə yerinə gələn Aksaray Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları mənzilin qapısını qıraraq içəri girib. Yanğınsöndürənlər qısa müddətdə yanğının yayılmasının qarşısını ala biliblər. Bununla belə mənzil tamamilə yararsız hala düşüb

Evini yandıran şəxs qaçmaq istəyərkən saxlanılıb.

Hadisə ilə bağlı Aksaray Respublika Prokurorluğu tərəfindən araşdırma başlanılıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026