İsrail Qəzza zolağını bombalamağa davam edir.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu Deyr əl-Belah şəhərindəki qaçqın düşərgələrini vurub, çoxlu insan tələfatı var.
Məlumata görə, İsrailin Əl-Bureyc və Əl-Maqazi düşərgələrinə təşkil etdiyi hücumlarda 15 nəfər ölüb. Yaralılardan 5-i Aksa Şəhidlər Xəstəxanasına çatdırılıb.
Şəhərdəki Nuseyrat qaçqınlar düşərgəsi də atəşə tutulub. Fələstinlilərin evinə edilən hücumda 2 nəfər həyatını itirib. 5-i yaralanıb.
İsrail-Livan cəbhəsində də gərginlik yüksəkdir. Belə ki, Livanın cənubunda hava hücumunda 1 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.
Murad Məmmədli















