• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Modi yenə qalib gəldi

DÜNYA

04 Iyun 2024 | 23:11 | Müəllif: Subhan Mahmudov

Modi yenə qalib gəldi

Hindistanda keçirilən ümumi parlament seçkilərində baş nazir Narendra Modinin təmsil etdiyi Hindistan Xalq Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyans qalib gəlib. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, real vaxt rejimində səsləri hesablayan Seçki Komissiyasının məlumatına görə, MDA 273 yerlik həddi keçərək parlamentin Xalq Palatasında (aşağı palata) çoxluq qazanıb.

Səslərin hesablanması davam edir.

Mərkəzi Seçki Komissiyası bununla da alyansın qələbəsi ilə bağlı əvvəllər açıqlanan məlumatı rəsmən təsdiqləyib. Bu, Modinin ardıcıl üçüncü dəfə respublikanın baş naziri postunu tutmasına imkan verir.

Modini qələbə münasibətilə qonşu ölkələrin liderləri təbrik ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026