• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə hərbi əməliyyat keçirə bilər

DÜNYA

07 Mart 2024 | 11:16

Türkiyə hərbi əməliyyat keçirə bilər

Türkiyə İraqda kürdlərə qarşı böyük hərbi əməliyyat keçirə bilər.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, Türkiyə İraqın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı iri quru hərbi əməliyyat keçirməyi planlaşdırır.

Hökumət dairələrinə yaxın qəzet köşə yazarı Əbdülkadir Selvi ilk növbədə, “Claw-Lock” əməliyyatının həyata keçirildiyi bölgədə genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcəyini bildirib..

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti artıq İraqın mərkəzi administrasiyası və İraq Kürdüstanının paytaxtı Ərbil administrasiyası ilə razılığa gəlib. Əməliyyat zamanı Ankara İraqla sərhədin 378 kilometrinin hamısını terrorçulardan bağlamağı gözləyir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026