• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sürətli templi musiqi qadağan olundu 

DÜNYA

06 Aprel 2024 | 10:47

Sürətli templi musiqi qadağan olundu

Çeçenistanın Mədəniyyət Nazirliyi regionda ifa olunan musiqilərə məhdudiyyətlər qoymaq barədə qərar qəbul edib.

Bakıvaxtı.az. xəbər verir ki, bubarədə“Qrozni-inform” məlumat yayıb.

Yaradıcı qrupların rəhbərləri ilə geniş tərkibdə keçirilən görüşdə şöbənin rəhbəri Musa Dadayev respublika rəhbəri Ramzan Kadırovla razılaşaraq, çox sürətli və çox ləng templi musiqinin qadağan edilməsi ilə bağlı yekun qərarı açıqlayıb. 

Onun sözlərinə görə, bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-116  tempinə uyğun olmalıdır.

Bundan əlavə, nazirlik çeçen musiqi, vokal, xoreoqrafik əsərlərinin çeçen mentalitetinə və ifa olunan əsərlərin musiqi ritminə uyğunluğu məsələsi üzərində işləyir.

“Biz çeçen xalqının mədəni irsini insanlara və gələcək nəsillərə çatdırmalıyıq”, - Dadayev vurğulayıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026