Nigeriyanın şimal-şərqində “Boko Haram” qruplaşmasının silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, terrorçular 117 qadını əsir aparıblar.
Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.
Xatırladaq ki, ölkədə baş verən qəbilə qarşıdurması 40-dan çox insanın ölümünə səbəb olub.
Məlumata görə, qarşıdurma Benue əyalətində qeydə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.
















