• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gürcüstan-Rusiya danışıqlarının növbəti raundu nəticəsiz bitdi

DÜNYA

06 Aprel 2024 | 00:47 | Müəllif: Subhan Mahmudov

Gürcüstan-Rusiya danışıqlarının növbəti raundu nəticəsiz bitdi

Gürcüstan ilə Rusiya arasında Cenevrə Beynəlxalq Müzakirələrinin (CBM) növbəti - 60-cı raundu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüş aprelin 4-5-də baş tutub. Yerli mətbuatın yazdığına görə, son dərəcə mürəkkəb regional və geosiyasi mühitə baxmayaraq, iştirakçılar CBM prosesinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Tərəflər sonuncu görüşün keçirildiyi 2023-cü ilin dekabrından sonra təhlükəsizlik vəziyyətinə nəzər salıb, vəziyyəti nisbi-stabil qiymətləndiriblər.

Məlumata görə, CBM-in növbəti raundu 25-26 iyun tarixlərində keçiriləcək. Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia görüşdən sonra yerli KİV-ə açıqlamasında bildirib ki, tərəflər hətta fundamental məsələlərdə belə razılığa gələ bilməyiblər.

O, qaçqınların öz evlərinə qaytarılması məsələsi müzakirəyə çıxarılan kimi Rusiya nümayəndə heyətinin danışıqlar masasını tərk etdiyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026