• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Nazir oğlu Baydenə “Alzheimer xəstəsi" dedi və…

DÜNYA

06 Fevral 2024 | 13:05

Nazir oğlu Baydenə “Alzheimer xəstəsi" dedi və…

“ABŞ prezidenti Co Bayden Alzheimerdir. O, idrak qabiliyyətinin zəifləməsindən əziyyət çəkir”.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin oğlu Şuvael Ben-Qvir bildirib.

X sosial media hesabında ABŞ prezidenti Baydenin fotosu ilə paylaşım edən Ben-Qvir bu sözləri yazıb:

"Bu çətin dövrlərdə beyin xəstəliyi olan Alzheimer haqqında məlumatlılığın artırılması vacibdir. Bu, insanın sağlamlığına təsir edən ciddi bir xəstəlikdir".

Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Bayden administrasiyası ilə fikir ayrılıqları yaşasa da, oğlunun paylaşımının ciddi səhv olduğunu bildirərək ondan üzr istəyib.

Ben-Qvirin oğlu da Baydenlə bağlı paylaşımını silib və ABŞ prezidentindən üzr istədiyini bildirib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR