• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Seneqalda ETİRAZLAR BÖYÜYÜR

     

    DÜNYA

    06 Fevral 2024 | 12:51

    Seneqalda ETİRAZLAR BÖYÜYÜR

    Seneqal parlamenti prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib.

    Bakıvaxtı.az "Al Jazeera" telekanalına istinadla xəbər verir ki, 165 yerlik parlamentdə 105 deputat seçkilərin təxirə salınmasının lehinə səs verib. Seneqalın hazırkı prezidenti Makki Sall həmin vaxtadək hakimiyyətdə qalacaq.

    Telekanal səsvermənin xaotik keçdiyini, müxalifəti təmsil edən bəzi deputatların iclas zalından çıxarıldığını və asayişi bərpa etmək üçün təhlükəsizlik qüvvələrinin cəlb edildiyini bildirir.

    Dövlət başçısı Makki Sallın prezident seçkilərinin qeyri-müəyyən müddətədək təxirə salınması barədə qərarı ictimaiyyətin narazılığına səbəb olub. Ölkənin paytaxtı Dakarda müxalifətçilərlə polis arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri hadisə yerindən canlı yayım edən özəl televiziya kanallarından birini efirdən çıxarıb. Həmçinin ölkədə internetə çıxış məhdudlaşdırılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Sentyabr 2026