• Bakı 22° C

    5.14 m/s

Bu ölkədə 100-dən çox qadın qaçırıldı

DÜNYA

06 Mart 2024 | 23:52 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə 100-dən çox qadın qaçırıldı

Nigeriyanın şimal-şərqində Boko Haram silahlıları tərəfindən 100-dən çox qadın qaçırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC yerli sakin Qambora Nqalaya istinadla məlumat yayıb.

Məlumata görə, terrorçular 117 qadını əsir götürüblər.

Qeyd edilib ki, köçkün düşərgəsindən olan bir qrup qadın Kamerun sərhədi yaxınlığında odun yığarkən silahlı şəxslərin hücumuna məruz qalıb. Bəziləri qaça bilsə də, digərləri silahlılar tərəfindən əsir götürülərək naməlum istiqamətə aparılıb.

Hazırda oğurlanmış şəxslərin axtarışı davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026