• Bakı 17° C

    7.28 m/s

Bu istiqamətdə mövqelərimiz ATƏŞƏ TUTULDU

HADİSƏ

16 Dekabr 2022 | 19:39 | Müəllif: Subhan Mahmudov

Bu istiqamətdə mövqelərimiz ATƏŞƏ TUTULDU

Dekabrın 16-sı saat 17:20-dən 18:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Qoturbulaq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Göyəlli və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bundan başqa, dekabrın 16-sı saat 16:05-dən 18:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026