• Bakı 15° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Masallıda ev yandı - Xəsarət alan var

HADİSƏ

14 Yanvar 2023 | 17:58 | Müəllif: Subhan Mahmudov

Masallıda ev yandı - Xəsarət alan var

Masallı rayonunun Xırmandalı kəndində ev yanıb, bir nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026