• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

FHN-in əməkdaşı qəzaya düşdü

HADİSƏ

14 Yanvar 2023 | 20:12 | Müəllif: Subhan Mahmudov

FHN-in əməkdaşı qəzaya düşdü

Bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, ümumi sahəsi 280m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, evin birinci mərtəbəsində yerləşən odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırır.

xxx


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026