• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

67 yaşlı qadın öldürüldü: əri axtarılır - DİN

HADİSƏ

15 Yanvar 2023 | 19:39 | Müəllif: Subhan Mahmudov

67 yaşlı qadın öldürüldü: əri axtarılır - DİN

Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs kimi əri axtarışa verilib.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR