• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Kütləvi Dava - İki qardaş yaralandı

HADİSƏ

14 Fevral 2023 | 11:38

Kütləvi Dava - İki qardaş yaralandı

Dünən günorta saatlarında Göyçay şəhərində beş nəfər - Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar-Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. Qeyd olunub ki, dava-dalaş zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR