• Bakı 14° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Evdən 8 min manatlıq oğurluq edildi

HADİSƏ

16 Mart 2023 | 10:44

Evdən 8 min manatlıq oğurluq edildi

Xəzər rayonunun Zirə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və martın 5-dən 12-dək olan müddətdə həmin evdən 8000 manat dəyərində televizor, mebel və həyət darvazasının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar-Nəcəfqulu Quliyev və Qurban Bayramov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR