Bakıda evdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, martın 16-da paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində yerləşən evlərin birində qeydə alınan yanğında 1973-cü il təvəllüdlü Qaydamakin Oleq Viktoroviç ölüb.
Fakt üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.
***
08:34
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub.
Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinin saytına istiinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeyd alınıb.
Belə ki, ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
















