• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Avtomobil aşdı -  Ölən və xəsarət alan var

HADİSƏ

16 Mart 2023 | 09:22

Avtomobil aşdı - Ölən və xəsarət alan var

Yardımlı rayonunda avtomobil aşıb, ölən və xəsarət alan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yardımlı-Deman-Arvana avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Əliyev Cavid Vaqif oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşıb. Nəticədə avtomobildə olan sərnişin İmanov Nahid Kamil oğlu hadisə yerində ölüb, sürücü C.Əliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026