Sumqayıtda piyadanı avtobus vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 23 yaşlı Firəngiz Süleymanovanı 5 nömrəli marşrut avtobusu vurub.
Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
















